Ordubadda avtomobil yolunda qaya uçqunu baş verib

Xəbərlər

09.05.2024 - 23:30

Qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb

Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən AYNA-ya verilən məlumata görə, Ordubad rayonununda yağan güclü yağış səbəbindən qaya uçqunu baş verib. Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

 

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası cəlb olunub.

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

Müəllif: Ayna.az