Prezident və birinci xanım Həzi Aslanovun məzarını ziyarət ediblər

Xəbərlər

09.05.2024 - 11:04

İlham Əliyev və Mehriban Əliyeva müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 79 il ötür.

AYNA xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Prezident və birinci xanım Həzi Aslanovun məzarını ziyarət ediblər Prezident və birinci xanım Həzi Aslanovun məzarını ziyarət ediblər
Müəllif: Ayna.az