Moskva ABŞ və Qərbə nüvə eskalasiyası ilə bağlı xəbərdarlıq edib

Dünya

09.05.2024 - 17:41

Sergey Ryabkov: “Qərbin eskalasiya kursu Moskvanı nüvə tədbirlərinin gücləndirilməsi istiqamətində addımlar atmağa vadar edir”

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ və Qərbə nüvə eskalasiyası ilə bağlı xəbərdarlıq edib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Ryabkov bildirib ki, ABŞ və Qərbin eskalator kursu Moskvanı nüvə tədbirlərinin gücləndirilməsi istiqamətində addımlar atmağa vadar edir.

Bir müddət əvvəl xarici işlər nazirinin müavini bildirib ki, Rusiya münaqişənin gərginləşməsini istəmir. Bununla belə, o əlavə edib ki, Moskva bütün mümkün vasitələrlə Qərbin təzyiqlərinə müqavimət göstərəcək.

Müəllif: Ayna.az