“2024-cü il prezident seçkiləri çox güman ki, ABŞ vətəndaşlarının həqiqətən səs verəcəyi sonuncu seçki olacaq”
Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ-da qeyri-qanuni miqrantların çoxluğuna görə tezliklə amerikalıların ölkədə qalmayacağını bildirib. AYNA xəbər verir ki, bu barədə milyarder “X” sosial şəbəkə hesabında yazıb.
“Dünyanın hər bir ölkəsindən qeyri-qanuni mühacirlərin kütləvi axınını nəzərə alsaq, 2024-cü il prezident seçkiləri çox güman ki, ABŞ vətəndaşlarının həqiqətən səs verəcəyi sonuncu seçki olacaq”, - deyə Mask qeyd edib.
Daha əvvəl Mask yoxlanılmamış qeyri-qanuni miqrantların ABŞ-a gəlməsinin ABŞ üçün fəlakət olacağını bildirmişdi. O, qanuni immiqrasiyanın sürətləndirilməsi öhdəliyini qeyd edib. Eyni zamanda, iş adamı ABŞ-ın cənub sərhədinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyinə diqqət çəkib.