Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini vəfat edib

Xəbərlər

09.05.2024 - 14:46

Zərinə Cavadova bu gün səhər saatlarında dünyasını dəyişib

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova bu gün səhər saatlarında vəfat edib.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, 64 yaşlı xanım müavin son illər onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. Tanınmış pedaqoq, tarix elmləri namizədi olan Zərinə Cavadova 2006-cı ildən Şəki şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Müəllif: Ayna.az