Stoltenberq: “NATO Ukraynaya qoşun yeritməyi planlaşdırmır”

Dünya

09.05.2024 - 15:52

“Keçən həftə Ukrayna hakimiyyəti nümayəndələri ilə görüşəndə ​​onlar bunu istəmədilər”

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya qoşun yeritmək imkanından danışıb. AYNA xəbər verir ki, onun fikirlərini ANSA yayıb.

“NATO-nun Ukraynada qüvvələr yerləşdirmək planı yoxdur. Keçən həftə Ukrayna hakimiyyəti nümayəndələri ilə görüşəndə ​​onlar bunu istəmədilər”, - Alyansın baş katibi bildirib.

Bundan əvvəl Stoltenberq qeyd edib ki, Ukraynanın Alyansa qəbulu ilə bağlı məsələdə NATO-ya üzv ölkələr arasında birlik yoxdur. O vurğulayıb ki, Kiyevin müttəfiqləri ölkənin NATO üzvünün lazımi standartlarına cavab verməsi üçün çox çalışmalıdırlar.

Müəllif: Ayna.az