Bakıda 38 yaşlı qadını avtomobil vurub

Hadisə

09.05.2024 - 07:40

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb

Bakının Nizami rayonunda 38 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

AYNA xəbər verir ki, 1986-cı il təvəllüdlü Ağayeva Pərvin Hüseyn qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az