Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

Hadisə

10.05.2024 - 03:06

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Neftçalada minik avtomobili aşıb, xəsarət alanlar var. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Həsənabad-Qoltuq avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.

Belə ki, minik avtomobilinin aşması nəticəsində rayon sakinləri - 2005-ci il təvəllüdlü Məmmədov Vaqif Aqşin oğlu, 2006-cı il təvəllüdlü Əliyev Emil Ruslan oğlu və 2005-ci il təvəllüdlü Ağayev Rəsul Xalıq oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az