Əsas səhifə Haqqımızda Xəbər lenti

Reanimasiyadakı xəstələrin sayı açıqlanıb

Reanimasiyadakı xəstələrin sayı açıqlanıb

Ümumilikdə 38 894 nəfər virusa yoluxub

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 18-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 898 nəfər aktiv koronavirus xəstəsi var.

 

Onlardan 114 nəfər reanimasiyada, 8 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 112 və 9 idi.

 

Ümumilikdə 38 894 nəfər virusa yoluxub, 36 424 nəfər sağalıb, 572 nəfər vəfat edib.

 

Bu gün 5 898 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 041 184 test aparılıb.

 

Qeyd edək ki, bu gün 117 koronavirusa yoluxma faktı qeydə alınıb, 135 nəfər sağalıb, 1 nəfər ölüb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      18 Sentyabr 2020 23:56
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin