Türkiyədəki partlayış nəticəsindəki dağıntılar altından daha 2 meyit çıxarılıb

Türkiyədəki partlayış nəticəsindəki dağıntılar altından daha 2 meyit çıxarılıb

Hadisə nəticəsində həlak olanların sayı 6-ya çatıb

 

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda yerləşən pirotexniki vasitələrin istehsalı fabrikində baş vermiş partlayışdan sonra dağıntılar altından daha iki nəfərin cəsədi çıxarılıb. AYNA qardaş ölkə KİV-inə istinadən xəbər verir ki, bununla da hadisə nəticəsində həlak olanların sayı 6-ya çatıb.

 

Sakarya valisi Çetin Oktay Kaldırım bildirib ki, hazırda dağıntılar altında qaldığı ehtimal edilən bir nəfərin axtarışlarının davam etdirilir: “Partlayış zamanı xəsarət alan 122 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 114-ü artıq evə buraxılıb. Digər işçilərdən beşinin vəziyyəti normal, üçünün isə orta ağır olaraq qalır”.

 

Qeyd edək ki, güclü partlayış iyulun 3-də baş verib.

Müəllif: Ayna.az      5 İyul 2020 19:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin