Hande Harmancı Azərbaycan ictimaiyyətindən üzr istəyib

Hande Harmancı Azərbaycan ictimaiyyətindən üzr istəyib

“Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik”

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə yayılan şəkilləri ilə bağlı mətbuat üçün açıqlama yayıb. AYNA-nın xəbərinə görə, ÜST ofisindən daxil olan mətndə deyilir:

 

“Əziz dostlar,

 

Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm. Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər. İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib. Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm. Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik”.

 

Qeyd edək ki, dünən H.Harmancının sosial mediada paylaşdığı şəkillər geniş müzakirələrə səbəb olub. Onun hamını evdə qalmağa səslədiyi halda, istirahətə getməsi ciddi reaksiya doğurub.

Müəllif: Ayna.az      16 İyun 2020 10:50
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin