Türkiyədə COVID-19-a qarşı dərman istehsalına başlanılıb

Türkiyədə COVID-19-a qarşı dərman istehsalına başlanılıb

32 nəfərlik heyətin cəlb edildiyi dərman istehsalı 40 günə tamamlanıb

 

Türkiyədə COVID-19 infeksiyasına qarşı “Favicovir” adlı dərman istehsalına başlanılıb. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin Sənaye və Texnologiya naziri Mustafa Varank açıqlama verib.

 

Nazir deyib ki, istehsal olunan dərman keyfiyyətlidir: “Biz yerli və milli olaraq öz sintezimizlə inkişaf etdirilən çox əhəmiyyətli bir dərman istehsal etdik. Lisenziyalaşdırma mərhələsinə çatmağımız həm sevindirici, həm də qürurverici haldır”. Varank onu da bildirib ki, 32 nəfərlik heyətin cəlb edildiyi dərman istehsalı 40 günə tamamlanıb.

Müəllif: Ayna.az      12 İyun 2020 14:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin