Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ tarixində ilk yaşandı: Qaradərili general komandan olub

ABŞ tarixində ilk yaşandı: Qaradərili general komandan olub

Generala 98 senator səs verib, əleyhinə çıxan olmayıb

 

ABŞ tarixində ilk dəfə  qaradərili şəxs ölkə ordusunda komandan olub. AYNA xarici mediaya istinadən bildirir ki, ABŞ Senatı qaradərili ordu generalı Karles Braunu Hava Qüvvələri komandanı vəzifəsinə seçib. Beləliklə ölkə tarixində ilk dəfə qaradərili şəxs komandan olaraq vəzifə daşıyacaq.

 

ABŞ Prezidenti Donald Trampın Hava Qüvvələri komandanı olaraq namizəd göstərdiyi Braun Senatdan tam dəstək alıb. Generala 98 senator səs verib, əleyhinə çıxan olmayıb.

 

Brauna komandan vəzifəsinin, ABŞ-da qaradərili Çorc Floydun polis tərəfindən qətlindən sonra başlayan mitinqlər ərəfəsində verilməsi diqqətlərdən yayınmayıb.

 

General Braun bundan əvvəl ABŞ-ın Hind-Pasifik Qüvvələri Hava Ünsürləri komandanı olaraq vəzifə daşıyıb. 

Müəllif: Ayna.az      10 İyun 2020 16:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin