“Lakin uğursuzluq halında başqa variantları nəzərdən keçiririk”
“İsrail Hizbullahla münaqişəni sülh yolu ilə həll etməyə hazırdır, lakin uğursuzluq halında başqa variantları nəzərdən keçirir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu Nazirlər Kabinetinin iclası zamanı bildirib ki, İsrail öz vətəndaşlarını qorumaq və ölkənin şimalında yaşayan sakinləri öz yaşayış yerlərinə qaytarmaq niyyətindədir.
“Bu, hamının paylaşdığı milli məqsəddir və biz buna nail olmaq üçün məsuliyyətlə hərəkət edirik. Əgər alınarsa, biz bunu siyasi vasitələrlə edəcəyik, yoxsa, başqa yollarla hərəkət edəcəyik”, - deyə siyasətçi bildirib.
Netanyahu daha əvvəl demişdi ki, Hizbullahın İsrail və HƏMAS arasındakı münaqişədə iştirakı dağıdıcı nəticələrə gətirib çıxaracaq. Siyasətçinin fikrincə, Hizbullah münaqişəyə girmək qərarına gəlsə, həyatının səhvini edəcək.