Hollandiyalı deputat: “Ukrayna tezliklə uduzmalıdır”

Dünya

10.03.2025 - 19:23

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynaya hərbi və maliyyə yardımını dayandırmaq lazımdır ki, müharibə tez bitsin”

“Ukraynaya hərbi və maliyyə yardımını dayandırmaq lazımdır ki, müharibə tez bitsin”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Hollandiyanın sağçı Demokratiya Forumu (FvD) Partiyasının deputatı Marsel de Qraaf sosial şəbəkə hesabında yazıb.

Deputat vurğulayıb ki, hazırda Ukrayna münaqişəsində vacib olan yeganə şey insan həyatıdır. De Qraaf əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı rəhbərliyi “bu məsələyə əhəmiyyət vermirlər”.

“Odur ki, Ukrayna tezliklə məğlub olmalıdır. Kiyevə pul və silah göndərməyi dayandırmaq lazımdır", deyə siyasətçi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş