“Biz Orta Dəhlizin uğuru üçün TDT çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk”
“Keçmişdə Kiprdə, Qarabağda, Bosniyada, bu gün isə Qəzza zolağında baş verən faciələr bizə sərhədlərimizdən kənarı da düşünmək lazım olduğunu xatırladır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin Budapeştdə keçirilən qeyri-rəsmi sammitində deyib.
Ərdoğan “Şərq və Qərb arasında təhlükəsiz və fasiləsiz əlaqəni təmin edən və strateji bir marşrut kimi ön plana çıxan Orta Dəhlizi” xatırladıb.
“Biz Orta Dəhlizin uğuru üçün TDT çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk və təşkilata üzv dövlətlərin dəstəyinə ümid edirik”, - Ərdoğan qeyd edib.