Dövlət katibi çox sayda insanın vəfatından kədərləndiyini deyib
ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin Vaşinqtondakı səfirliyinə gedərək matəm kitabını imzalayıb.
AYNA-nın xəbərinə görə, bu barədə diplomat "Twitter"də bildirib.
"Türkiyədə baş verən dağıdıcı zəlzələ qurbanlarının matəm kitabını imzaladım. Sərhədin o tayında türk xalqının, eləcə də suriyalıların böyük itki və iztirablara məruz qalması məni dərindən kədərləndirdi." – dövlət katibi qeyd edib.
