“Azərbaycan ərazisindən ticarət etmək istəyirsənsə, Qarabağda silahı yerə qoy!” – <font color=red> KUZNETSOV</font>

Aktual

12.01.2021 - 15:37

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyalı politoloq: “10 noyabr tarixli Qarabağ müqaviləsinin erməni ordusunun tərksilah edilməsinə dair müddəalarının həyata keçirilməsinə hər cür maneçilik törədilir”

 

“Məqsədlərinə çatmaq üçün Bakının İrəvana yeni bir təzyiq aləti yarandı. Düzü, Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı yeni üçtərəfli sazişin tam olaraq bu məzmununu gözləmirdim. Amma Prezident İlham Əliyevin əvvəlki 10 noyabr Sazişinin imzalanmasından sonra dediyi, Dağlıq Qarabağ münaqişəsinin onsuz da tarixin bir parçası olduğunu söylədiyini xatırlasaq, Moskvadakı bu görüşün mənim və ünsiyyət dairəmdən olan bir çox insanın ehtimalının əksinə olaraq, hərbi-siyasi məsələlərlə bağlı olmayacağını təxmin etmək olardı”.

 

Bunu AYNA-ya, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 11 dekabrda Moskvada imzalanan son bəyanatı şərh edən rusiyalı politoloq Oleq Kuznetsov deyib. O, toplantının Cənubi Qafqaz bölgəsindəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin deblokadası məsələsinin həllinə, yəni Ermənistanın Azərbaycan və müttəfiqləri tərəfindən iqtisadi blokadasına son qoyulmasına həsr olunduğunu da əlavə edib.

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq  şəraitində həyata keçirilir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

“Hətta, bu istiqamətdə irəliləməni təmin edəcək tədbirlər və bunların həyata keçirilməsinin konkret tarixləri qeyd edildi. Nəticədə, qonşu ölkələr kimi Azərbaycan-Ermənistan rəsmi təmasları məsələsində ilk qaranquşa çevriləcək daimi üçtərəfli hökumətlərarası işçi qrupu yaradılır. Bu qrupa, bu yaxınlarda müharibə aparan iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün bir növ “yol xəritəsi” hazırlamaq üçün iki ay vaxt verilir, bundan sonra təkliflər ən yüksək səviyyədə təsdiqlənməlidir”, - Kuznetson bildirib.

 

Analitik hesab edir ki, iki aydan bir baş tutan Rusiya, Azərbaycan və Ermənistan başçılarının görüşləri tezliklə nizamlı bir xarakter alacaq: “Necə deyərlər, “bir dəfə təsadüfdür, ikinci dəfə tendensiyadır, üçüncü dəfə isə artı sistemdir” prinsipinə riayət edildiyi göz qabağındadır. Ancaq bu razılaşmanın qrafikə uyğun olaraq tam icra ediləcəyinə dair tamamilə ağlabatan və təbii bir sualım vardı. Hamımız görürük ki, 10 noyabr tarixli Qarabağ müqaviləsinin erməni ordusunun tərksilah edilməsinə dair müddəalarının həyata keçirilməsinə hər cür maneçilik törədilir və bir razılaşmaya tam əməl edilməməsi avtomatik olaraq növbəti müqavilənin yerinə yetirilməməsi ilə nəticələnəndə təhlükəli presedent yaradır”.

 

Bununla birlikdə, ekspertin qeyd etdiyi kimi, yeni sazişdə hərbi-siyasi deyil, reallaşması nisbətən asan olan, yalnız inzibati-bürokratik addımlar nəzərdə tutulur: “Hər halda, bundan sonra Qarabağ məsələsinin müharibədən sonrakı həllinə dair bir-birinə bağlı iki razılaşma var. Hətta, yeni razılaşmanın müddəalarının icrası əvvəlki sazişin həyata keçirilməsi ilə əlaqələndirildiyi zaman, Bakının hədəflərinə çatmaq üçün İrəvana yeni bir təzyiq alətinə sahib olduğunu söyləmək olar: Əgər Azərbaycan ərazisindən ticarət etmək istəyirsənsə, onda Qarabağda silahı yerə qoy. Yalnız bunun necə işləyəcəyini görmək qalır”.

Müəllif: Nicat Hacıyev