“Azərişıq”dan Şiyəkəran kənd sakinlərinin iddiasına <font color=red> CAVAB</font>

Aktual

20.08.2020 - 13:03

Həkimlər Klinikalar SEO Xidməti

Vaqif Aydınoğlu: “Kənddə elektrik enerjisinin verilişində iddia olunduğu kimi problem yoxdu”

 

“Astara rayonu Şiyəkəran kəndinin bir qrup sakini adından yazıldığı iddia olunan məktubu araşdırdıq. Kənddə elektrik enerjisinin verilişində iddia olunduğu kimi problem yoxdu. Kənd fasiləsiz elektrik enerjisi ilkə təmin olunur”. Bu sözləri AYNA-ya “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.

 

“Azərişıq” rəsmisi bildirib ki, bütün ölkə ərazisində, müxtəlif kənd və qəsəbələrdə aparılan yenidənqurma işləri çərçivəsində Şiyəkəran kəndində də yaxın vaxtlarda elektrik enerjisi təsərüffatı tamamilə yenidən qurulacaq: “Artıq bununla bağlı plan tərtib olunub. Xatırladaq ki, son bir il ərzində Astara rayonun ərazisində 7 kənddə elektrik enerji sistemi tamamilə yenidən qurulyub, 7 kənddə təmir bərpa işləri aparılıb, 2 qəsəbədə isə hazırda elektrik enerji sistemi tamamilə yenidən qurulur, hazırda iş gedir. 5 kənd isə layihələndirilib, o cümlədən Şiyəkəran kəndi bura daxildir”.

Vaqif Aydınoğlu ATV-də yüksək vəzifəyə gətirildi, iki serial dayandırıldı -  modern.az

“Bir məqamı da vurğulayım ki, bir neçə ay öncə Astaranın 3 ucqar dağ kəndinə ilk dəfə elektrik enerji xətti çəkilib, hansı ki, həmin vaxt o kəndlərə getmək üçün heç avtomobil yolu da olmayıb. Mal materal həmin dağ kənlərinə əllə daşınıb”, - deyə Aydınoğlu qeyd edib.

 

Xatırladaq ki, Astara rayonu Şiyəkəran kəndinin bir qrup sakini ölkə Prezidentinə AYNA vasitəsiylə müraciət edib (Müraciətlə bu linkə daxil olaraq tanış ola bilərsiniz). Məktubda sakinlər illərlə həll olunmayan elektrik enerjisi problemindən bəhs ediblər.

Müəllif: Aləmdə Nəsib