General: “Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq”

Aktual

28.09.2020 - 11:32

Mayis Bərxudarov: “Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir”

 

“Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir".

 

AYNA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu sözləri hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov deyib.

 

"Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”, - deyə general vurğulayıb.

Müəllif: Ayna.az