Muəllif:

Roland Kobia: Azərbaycanın böyük alternativ enerji potensialı var

Azərbaycan enerji resursları ilə zəngindir və bununla yanaşı, külək, Günəş, geotermal enerji daxil olmaqla, alternativ və bərpa olunan enerji mənbələrinin böyük potensialına malikdir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Avropa Birliyi Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia mətbuat konfransında deyib.
Onun sözlərinə görə, perspektivdə Azərbaycanda dəniz dalğası enerjisindən istifadə mümkündür.
«AB Azərbaycanı alternativ enerjinin inkişafı sahəsində dəstəkləyir. Bu istiqamətdə bir sıra tədbirlər hazırlanıb və həyata keçirilib. Bunlar arasında tvinninq-proqram, regional proqramlar, BMT-nin inkişaf proqramı, INOGATE var. Alternativ enerji üzrə proqramın hazırlanmasına 14 milyon avro ayrılıb», — deyə Kobia qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan strateji tərəfdaşdır və Aİ respublika ilə enerji əməkdaşlığını davam etdirmək və ölkəni bu istiqamətdə dəstəkləmək niyyətindədir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib ki, Azərbaycanda alternativ enerjinin inkişafı strategiyasının hazırlanması çərçivəsində araşdırmalar aparılıb və tarif sistemi, kadr siyasəti üzrə təkliflər hazırlanıb.
Bədəlov qeyd edib ki, strategiya hökumətə təqdim edilib.
Onun sözlərinə görə, perspektivdə ölkənin müxtəlif bölgələrində hibrid stansiyalarının yaradılması planlaşdırılır. İlkin mərhələdə onların gücü 15-20 MVt, sonra isə 45-50 MVt təşkil edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136