Muəllif:

MŞ «nəqliyyat qoçuları» ilə bağlı DİN-ə müraciət edib

Mətbuat Şurası «Azadlıq» qəzetinin əməkdaşları Seymur Həzi və Xaliq Qarayevlə bağlı insidentlə əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.Bildirilir ki, «Azadlıq» qəzetindən MŞ-yə daxil olan məlumatda Seymur Həzinin və Xaliq Qarayevin aprelin 27-də peşə vəzifələrini yerinə yetirərkən təzyiqə məruz qaldıqları əksini tapıb. Jurnalistlərin göstərilən tarixdə metronun «20 Yanvar» st-sı yaxınlığında Nəqliyyat Nazirliyi müfəttişləri ilə taksi sürücüləri arasında yaşanmış insidentlə bağlı material hazırladıqları önə çəkilib. Qeyd edilib ki, sözügedən nazirliyin müfəttişləri media mənsublarına məxsus videokameraları yararsız hala salaraq özləri ilə aparıblar…

Müraciətdə daha sonra bildirilib ki, hadisənin söz və mətbuat azadlıqlarına müdaxilə kontekstində müzakirə olunması ona həssas yanaşılma tələb edir: “Buna görə də sizdən məsələnin xüsusi olaraq nəzarətə götürülməsinə kömək göstərməyi xahiş edirik. Əminik ki, şəxsi diqqətiniz sayəsində insident ətraflı araşdırılacaq, barəsində qanunamüvafiq ölçü götürüləcək”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 119