Avropa regionu ölkələrində yeni xərçəng hallarının sayı 2024-cü illə müqayisədə təxminən 27 faiz arta bilər
2050-ci ilə qədər ÜST-ün Avropa regionu ölkələrində yeni xərçəng hallarının sayı 2024-cü illə müqayisədə təxminən 27% arta bilər. AYNA.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya ofisindən “RİA Novosti”yə bildirilib.
Təşkilatın məlumatına görə, bu proqnoz Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin hesablamalarına əsaslanır.
Bundan əlavə, Rusiyada 2050-ci ilə qədər yeni halların sayı 2024-cü il səviyyəsi ilə müqayisədə təxminən 13% arta bilər.
ÜST gözlənilən artımın əsas səbəbinin demoqrafik dəyişikliklər olduğunu bəyan edib. Bu, ilk növbədə əhalinin qocalması ilə bağlıdır ki, bu da xərçəng hallarının artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.