Azad ərazilərdə daha 228 mina aşkarlanıb

Xəbərlər

20.07.2026 - 23:31

1959,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə (13.07.2026-19.07.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA.AZ-a verilən məlumata görə, işğaldan azad edilmiş bölgələrdə ötən həftə 200 piyada əleyhinə mina, 28 tank əleyhinə mina, 630 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1959,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş