Həftənin ilk gününə gözlənilən hava proqnozu açıqlandı

Xəbərlər

29.09.2019 - 14:07

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AYNA-ya verilən məlumata görə, gündüz mülayim cənub-şərq  küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 16-19° isti, gündüz  21-25° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25°  isti təşkil edəcək.

 

Atmosfer  təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.  

 

Sentyabrın 30-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti,  dağlarda gecə 5-10° isti, gündüz  12-17° isti təşkil edəcək.

 

Müəllif: Ayna.az