Bu il 22 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Xəbərlər

20.07.2026 - 15:42

Əlilliyi olan 1089 uşaq stasionar, 13240 uşaq ambulator, digərləri icmaəsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində cari ilin birinci yarımilində 22 min 552 uşağa reabilitasiya xidmətləri göstərilib. AYNA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, onlardan əlilliyi olan 1089 uşaq stasionar, 13240 uşaq ambulator, digərləri icmaəsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş