Xalq şairinin müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam edir
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır. AYNA.AZ APA-ya istinadən bildirir ki, bu barədə Mərkəzi Klinikadan məlumat verilib.
Bildirilib ki, reanimasiya və intensiv terapiya şöbəsində onun kompleks müalicəsi davam edir.