Ukrayna Qazaxıstan neftini daşıyan tankeri dronla vurub

Dünya

20.07.2026 - 16:47

Dron zərbəsi yüklənmə prosesində olan NELSA tankerinə dəyib

Ukrayna Qara dənizdə Qazaxıstan neftini daşıyan tankerə yenidən hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) məlumat yayıb.

Dron zərbəsinin yüklənmə prosesində olan NELSA tankerinə dəydiyi bildirilir.

Zərbə nəticəsində tankerin göyərtəsində və içərisində yanğın baş verib. Yanğın bir neçə saat ərzində söndürülüb.

Hadisədən sonra neftin yüklənməsi dayandırılıb. Neft sızması aşkar edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş