Operativ Qərargah vaksinasiya ilə bağlı statistikanı açıqlayıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə peyvənd vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya bildirilib ki, vurulan peyvəndlərin ümumi sayı 13 921 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 537, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 784, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 214, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 852 nəfər təşkil edir.