“Azəriqaz” xəbərdarlıq edir

Xəbərlər

01.08.2019 - 11:23

Həkimlər Klinikalar SEO Xidməti

Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq

 

Bu gün saat 12:00-dan 15:00-dək Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bu, ölçü hesablayıcı avadanlıqların və digər qurğuların təftişi, eləcə də sazlama işləri ilə əlaqədardır. Saat 14.00-dan işlər başa çatanadək Beyləqanın ümumi abonent sayı 1353 nəfər olan 4 kəndində də qaz təchizatı dayandırılacaq.

 

Qeyd edək ki, həmin müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərlərində müəyyən sazlama işləri aparılacaq.

Müəllif: Ayna.az