Aktyor keçən ay ağciyərində meydana gəlmiş xəstəlikdən müalicə alırmış
Türkiyənin məşhur aktyoru Tarık Ünlüoğlu 61 yaşında dünyasını dəyişib. AYNA Türkiyə məbuatına istinadən xəbər verir ki, peşəkar aktyor bir müddətdir xəstəxanada müalicə alırmış.
“Eşkiya dünyaya hökmdar olmaz” serialında rol alan aktyor hələ keçən ay ağciyərində meydana gələn problem səbəbi ilə müalicə almağa başlamışdı.
Aktyor serialdakı obrazını da xəstə olduğu dönəmdə oynamışdı.
Ünlüoğlu ən son “Eşkiya dünyaya hökmdar olmaz” serialında Ünal Kaplan adlı obrazı canlandırmışdı.