Sürücülərə xəbərdarlıq olunur

Xəbərlər

08.08.2019 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam etdiriləcək

 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində 8 avqust tarixində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AYNA-ya verilən məlumata görə, işlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam etdiriləcək.

 

 Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Müəllif: Ayna.az