Samuxda zəlzələ olub

Xəbərlər

06.12.2022 - 23:34

Yeraltı təkanlarıın episentri 18 kilometr dərinlikdə yerləşib

Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə - Samux rayonunda maqnitudası 3.1-ə bərabər olan zəlzələ baş verib.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yerli vaxtla saat 20:13-də qeydə alınan yeraltı təkanlarıın episentri 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss edilməyib.

Müəllif: Ayna.az