Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib

Xəbərlər

16.08.2019 - 21:13

Onlar “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün Azərbaycana gəlmişdi

 

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri və İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 16-da Bakı limanını tərk edib.

 

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, həmin gəmilər “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün Azərbaycana gəlmişdi.

Müəllif: Ayna.az