Xırdalanda zəncirvari qəza baş verib, yaralılar var

Hadisə

08.08.2019 - 11:08

Qəza nəticəsində servis avtobusundakı sərnişinlərdən bir neçəsinin xəsarət alıb

 

Bu gün səhər saat 06:30 radələrində Xırdalan dairəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

 

BAkı Nəqliyyat Agentliyindən AYNA-ya verilən məlumata görə, hadisə ilə bağlı müvafiq araşdırma aparılıb.

 

Zəncirvari qəzada zərər görən 199 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı şirkət "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata görə, qəza 525 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun işçiləri daşıyan servis avtobusuna dəyməsi nəticəsində baş verib.

 

Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də, nəqliyyat vasitəsi sürüşərək Niva markalı avtomobilə dəyib. Niva isə digər minik avtomobilinə dəyib.

 

Qəza nəticəsində servis avtobusundakı sərnişinlərdən bir neçəsinin xəsarət aldığı bildirilir.

 

BNA bir daha bütün hərəkət iştirakçılarını xüsusən də sürücülərə ehtiyatlı olmağı tövsiyə edir.

Müəllif: Ayna.az