Sabah Bakıya sulu qar yağacaq

Xəbərlər

05.12.2022 - 14:58

Dekabrın 6-nın hava proqnozu açıqlanıb

Dekabrın 6-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Rayonlarda arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 8-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yoların buz bağlaması ehtimalı var.

Müəllif: Ayna.az