Bu ilin ilk doqquz ayında 16 808 nəfər Almaniyadan deportasiya edilib

Xəbərlər

24.10.2019 - 18:23

Deportasiyalara cavabdeh olan federal dövlətlərə təzyiqlər artırılacaq

 

Almaniyadan deportasiyaların sayı 2018-ci ilin səviyyəsinə yaxınlaşır. Sığınacaq axtaranların əksəriyyəti, Almaniya İtaliyadan daxil olduğu üçün oraya qaytarılır.

 

AYNA xəbər verir ki, “Funke-Zeitung” nəşrində yazılana görə, Federal Hökumətin Bundestağda təmsil olunan yolçuların sorğusuna cavabda belə bildirib.

 

Məlumatda qeyd olunur ki, 2019-cu ilin ilk doqquz ayında 16 808 sığınacaq axtaran şəxs artıq Almaniyadan deportasiya edilib.

 

Hazırda qüvvədə olan Dublin sazişinə əsasən, gəldiyi ölkəyə məcburi qaytarılanlar deportasiyanın böyük bir hissəsini təşkil edir. Dublin sazişi tələb edir ki, qaçqınlar Avropa torpağına ilk dəfə daxil olduqları və ya viza aldıqları ölkəyə sığınacaq üçün müraciət etsinlər. Buna görə insanların çoxu ilk gəldikləri ölkə kimi İtaliyaya qaytarılır. Belə ki, İtaliyaya 1.894 nəfər, Albaniyaya 1.178 nəfər, Fransaya 906 nəfər qaytarılıb.

 

Məlumata görə, miqrantların 55,6 faizi Almaniyadan təyyarələrlə (o cümlədən üçdə birini çarter reysləri ilə), qalan digərləri isə quru və ya dənizlə göndəriliblər. Federal hökumət sentyabr ayına qədər deportasiya olunanlara altı milyon avro xərcləyib. İlin sonuna kimi Almaniyadan cəmi 22.411 nəfərin deportasiya ediləcəyi gözlənilir. 2018-ci ildə isə bu rəqəm 23 617 olmuşdu.

Image result for Əlövsət Əliyev

“Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev də AYNA-ya açıqlamasında bildirib ki, Federal Daxili İşlər naziri Horst Seehofer (CSU) ölkəni tərk etməli olan daha çox əcnəbinin deportasiya edilməsi üçün deportasiyalara cavabdeh olan federal dövlətlərə təzyiqləri artıracağını açıqlayıb: “Bundestaqda sonucu çıxışında Seehofer deyib ki, “barəsində rədd qərarı və deport qərarı çıxarılanların ölkədə qalması “Almaniya Federativ Respublikasındakı zəif bir nöqtədir” həmin şəxslərlə əslində bu vaxta kimi ayrılmaq lazım idi”.

 

“Deportasiyalara cavabdeh olan federal ştatlarda hələ də çatışmazlıqlar var. Buna görə də nazirlik dekabr ayına qədər, hər ölkəyə neçə adamın ölkəni tərk etdiyini və deportasiya üçün əngəllərin səbəbləri haqqında hesabat təqdim etməyi planlaşdırır”, - deyə Ə.Əliyev vurğulayıb.

Müəllif: Ayna.az