Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bakının Nizami rayonunda su olmayacaq. “Azərsu” ASC-dən AYNA-ya verilən məlumata görə, Nizami rayonu ərazisində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 12-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.