Snayperlərimiz sınaqdan çıxıblar

Xəbərlər

01.08.2019 - 16:51

“Snayper həddi” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində snayperlərimiz silahlardan sınaq atışları yerinə yetiriblər

 

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə silahlardan sınaq atışları yerinə yetiriblər.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə hazırlıq dövründə komandalar yarışların xüsusiyyətləri, keçirilmə şərtləri, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olublar.

 

Püşkatmanın nəticələrinə əsasən 21 ölkədən olan nümayəndələrin iştirakı ilə keçiriləcək müsabiqədə iştirak etmək üçün snayperlər tibbi yoxlamadan keçib və təhlükəsizlik qaydaları ilə tanış olublar.

Müəllif: Ayna.az