Rusiya Zelenskini axtarışa verib

Dünya

04.05.2024 - 17:08

Axtarışın hansı maddə ilə bağlı olduğu göstərilmir

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə nazirliyin məlumatında qeyd edilib.

Bildirilir ki, Zelenski Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır. Lakin axtarışın hansı maddə ilə bağlı olduğu göstərilmir. Axtarışda Zelenskinin doğum tarixi, doğum yeri və milliyyəti (ukraynalı) da göstərilir.

May ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, mayın 20-dən sonra Zelenskini Ukrayna Prezidenti kimi tanımaq lazım olmaya bilər.

“Mayın 20-nə və mayın 21-də nə olacağına gəlincə, gəlin o vaxta qədər yaşayaq. Ola bilsin ki, heç nəyi etiraf etməyə ehtiyacımız olmayacaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, Zelenskinin Prezident səlahiyyətləri mayın 21-də başa çatır. Hərbi əməliyyatlar zamanı səsvermə qadağasının olmamasına baxmayaraq, Kiyev 2024-cü ilin yazında prezident seçkilərini keçirməkdən imtina edib.

Müəllif: Ayna.az