Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatından kənarlaşdırılıb

Dünya

02.10.2022 - 01:37

Rusiya təşkilatda qalmaq üçün kifayət qədər səs toplaya bilməyib

Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) idarə heyətinə yenidən seçilmək üçün kifayət qədər səs toplaya bilməyib. AYNA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) oktyabrın 7-dək Monrealda davam edən assambleyasında Rusiya 36 ölkədən ibarət təşkilatda qalmaq üçün kifayət qədər səs toplaya bilməyib.

ICAO-nun prezidenti, Cənubi Afrika Respublikasının Mülki Aviasiyasının baş direktoru Poppi Hoza vəziyyəti görünməmiş hadisə adlandırıb.

Müəllif: Ayna.az