Türkiyə ordusu 4 PKK terrorçusunu məhv etdi

Dünya

27.10.2019 - 12:34

Terrorçular hərbçilərin təslim olmaq tələbinə atəşlə cavab veriblər

 

Türkiyə ordusu İraqın şimalındakı Haftanin ərazisində keçirdiyi əməliyyat zamanı 4 PKK terrorçusunu zərərsizləşdirib.

 

AYNA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilir ki, xüsusi təyinatlı qüvvələr ərazidə terrorçu qrupunu müəyyənləşdiriblər. Terrorçular hərbçilərin təslim olmaq tələbinə atəşlə cavab veriblər. Cavab atəşi ilə PKK terrorçuları məhv ediliblər.

 

Məlumata görə, əməliyyata helikopterlər də cəlb eidlib. Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, regionda əməliyyat terrorçuların tam məhv olunmasına qədər davam etdiriləcək.

 

Müəllif: Ayna.az