Husilər artıq Bab əl-Məndəb boğazı yaxınlığında raketlər və dronlar yerləşdiriblər
İran Yəmənin “Ənsar Allah” (Husi) hərəkatından ABŞ-ın ölkənin enerji infrastrukturuna hücum edəcəyi təqdirdə Qırmızı dənizi bağlamağa hazırlaşmağı xahiş edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Yəmən üsyançılarına yaxın bir mənbənin məlumatına görə, “husilər” artıq Bab əl-Məndəb boğazı yaxınlığında raketlər və dronlar yerləşdiriblər və kommersiya gəmilərinə hücum əmri gözləyirlər.
Məlumatda bildirilib ki, Qırmızı dəniz gəmiçilik üçün bağlanarsa, bu, qlobal neft bazarına daha bir zərbə vura bilər. Hazırda qlobal enerji təchizatının təxminən 7%-i Qırmızı dənizdən keçir.
Başqa bir mənbə əlavə edib ki, Səudiyyə Ərəbistanı hökuməti İslam Respublikasının təhdidlərini ciddi qəbul edir və husilərin İranla sıx əməkdaşlıq etdiyinə inanır.