Xankəndidə tikilidə baş verən yanğın söndürülüb

Hadisə

17.07.2026 - 11:48

Yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xankəndi şəhərində yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dəın AYNA.AZ-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli, bitişik yerləşən hər birinin sahəsi 250 kvadratmetr olan iki ədəd birmərtəbəli və ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş