"Hücum nəticəsində bir radar sisteminin və bir neçə xüsusi helikopterin məhv edilməsi ilə yanaşı, xeyli sayda amerikalı hərbçi həlak olub"
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyanın əl-Tanf bölgəsində ABŞ komandanlıq mərkəzinə zərbə endirdiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi SEPAH-ın Mətbuat Xidmətinin açıqlamasına istinadən məlumat yayıb.
"Hücum nəticəsində bir radar sisteminin və bir neçə xüsusi helikopterin məhv edilməsi ilə yanaşı, xeyli sayda amerikalı hərbçi həlak olub", - deyə açıqlamada bildirilir.
Bundan əlavə, SEPAH Hörmüz boğazının tam nəzarətinin "İran döyüşçülərinin əlində qaldığını" bildirib.
Bəyanatda vurğulanıb ki, "Amerika vəhşilikləri" davam etdikcə, boğazdan neft və qaz ixracı baş tutmayacaq.
Daha əvvəl İranın Küveytdəki Amerika hərbi bazalarına hücum etdiyi bildirilmişdi. Hücumlarda “Arash” dronlarından istifadə edilib.