Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında danışıqlar keçirilib
Moskvada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında danışıqlar keçirilib.
AYNA.AZ xəbər verir ki, görüş nazir Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində baş tutub.
Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.