Kobaxidze: “Gürcülərin Avropa İttifaqına etibarı azalıb”

Dünya

17.07.2026 - 12:06

"Gürcü xalqı görür ki, Avropa bürokratiyası onlara qarşı düşmənçilik edir”

“Avropa bürokratiyasının Gürcüstana qarşı düşmənçilik hərəkətləri səbəbindən gürcü xalqının Avropa İttifaqına olan etibarı azalıb”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Gürcü xalqı görür ki, Avropa bürokratiyası onlara qarşı düşmənçilik edir. Bu düşmənçilik konkret hərəkətlərdə ifadə olunur. Təəssüf ki, Gürcüstana və gürcü xalqına qarşı bu münasibət Avropa İttifaqında olan etibarda da əks olunur", - deyə Kobaxidze "İmedi" televiziyasının efirində bildirib.

Kobaxidze əvvəllər Gürcüstan və Aİ arasında münasibətlərin 2022-ci ildə Avropa bürokratlarının pərdəarxası Gürcüstan hakimiyyətindən Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini və ona qarşı hərbi əməliyyatlar aparmasını tələb etməsi ilə pisləşdiyini bildirib.

2024-cü ildə Aİ Gürcüstan hakimiyyəti ilə siyasi dialoqun dayandırıldığını elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş