Azərbaycanda vəkillərin sayı 3 min 3 nəfərə çatıb

Xəbərlər

17.07.2026 - 13:37

Yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır

2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə genişləndirilib. Bu müddət ərzində 17 test imtahanı keçirilib, 7 mindən artıq namizəd həmin imtahanlarda iştirak edib. Onlardan 2 min 174 nəfər icbari təlim proqramını uğurla başa vuraraq and içib və Vəkillər Kollegiyasının (VK) üzvlüyünə qəbul olunub.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov VK-nin Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxışı zamanı deyib.

A.Bağırov qeyd edib ki, bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək VK sıralarına qoşulub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 min 3 nəfərə çatıb.

Qeyd olunub ki, həmin göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir.

Sədr çıxışına əlavə edib ki, yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır. Onlardan 8 nəfəri regionlarda, 59 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Yeni qəbul nəticəsində qadın vəkillərin sayı 701 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş