AMEA-nın yeni prezidenti təsdiqləndi

Xəbərlər

23.10.2019 - 17:14

Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilməsi barədə sərəncam imzalanıb

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Sərəncamda deyilir:

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 9.2-ci bəndinə uyğun olaraq qərara alıram:

 

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin".

 

Qeyd edək ki, bu gün akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.

Müəllif: Ayna.az