Prezident yüksək vəzifəli şəxsi işdən çıxardı

Xəbərlər

29.07.2019 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Sənayesi nazirinin müavini vəzifədən uzaqlaşdırılıb

 

Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev vəzifəsindən azad olunub. AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Bu vəzifəyə hələlik yeni təyinat olmayıb.

 

Qeyd edək ki, Tofiq Yusuf oğlu Rəfiyev 1942-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilmişdi.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Müəllif: Ayna.az